Kiyev: Rusiya Azərbaycan qazının nəql olunduğu infrastruktura hücum edib

Ukrayna gecə saatlarında Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna edilən hücumu təsdiqləyib.

turaninsesi.az” UNİAN-a istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Avqustun 6-da Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasında məqsədyönlü şəkildə hücum edilib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. O, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur. 

Stansiyaya “Geran” dronları vasitəsilə hücum edilib.

Hadisə yerinə mütəxəssislər cəlb olunub və onlar dəyən ziyanın həcmi ilə bağlı hesablamalar aparırlar.

Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji təsisatlarını hədəf almasından sonra heç bir nəticə ilə üzləşməyəcəyi təqdirdə, Avropadakı infrastrukturun da təhlükədə olacağı ilə bağlı xəbərdarlıq edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI