Kanadadan Azərbaycana qarşı daha bir QƏRƏZ

0

Kanadanın xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Kanadanın Erməni Milli Komitəsi məlumat yayıb. 

Məlumata görə, bu ölkənin xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib. Ermənistan mediasının tirajladığı xəbərdə bildirilir ki, M.Joli ölkəsinin Azərbaycana “təzyiqləri davam etdirdiyini” bəyan edib.

“Kanada münaqişənin danışıqlar yolu, Helsinki prinsiplərinə hörmət əsasında həlli naminə Ermənistanla vicdanlı əməkdaşlıq üçün Azərbaycana təzyiqləri davam etdirir” , – deyə Joli bildirib.

Bu azmış kimi, Joli onu da əlavə edib ki, Kanada rəsmi Bakıdan Ermənistanın ərazi bütövlüyünə hörmət etməsini və erməni əsirləri azadlığa buraxmasını tələb edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir