İstanbulda Bakı-İrəvan sülh prosesinə vurğu ediləcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Ararat Mirzoyan və Sergey Lavrovun iştirakı ilə gözlənilən “3+3” regional platformasının iclasında Ankaranın Bakı ilə İrəvan arasında sülh müqaviləsisi prosesinə dəstəyini vurğulayacaq.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə paytaxtındakı diplomatik mənbə danışıb.
O bildirib: “Nazir Fidanın çıxışında Ankaranın səylərinin Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönəldiyini bildirməsi gözlənilir. Regionalproblemlərin həllində ən effektiv üsula diqqət yetiriləcək. Nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə paralel olan sülüh prosesini Türkiyənin dəstəklədiyini vurğulayacaq”.
Diplomatik mənbənin məlumatına görə, görüş iştirakçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayan birgə bəyanat qəbul edəcəklər:
“Bəyanatın mətnində region ölkələri arasında problemlərin BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər əsasında dialoq yolu ilə həllinin zəruriliyi vurğulanacaq”.
Diplomatın sözlərinə görə, bəyanatın mətnində regional iqtisadi əməkdaşlığın zəruriliyinə, etimadın möhkəmləndirilməsinə və rifahın artırılmasına diqqət ayrılması planlaşdırılır.