İsrail səfiri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

0

İsrailin Azərbaycandakı səfiri Corc Dik Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Turanın səsi ” in xəbərinə görə, diplomat başsağlığını “X” hesabında paylaşıb.

“Deputat Qənirə Paşayevanı itirməyin kədərini yaşayıram. O, Azərbaycanın sevimli qızı, İsrailin əziz dostu idi. İsrail səfirliyi və şəxsən öz adımdan Qənirə Paşayevanın ailəsinə, Milli Məclisin deputatlarına və həyatına toxunduğu hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”,- səfir bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir