İsrail Azərbaycan ərazisindən istifadə etməyib – İran XİN

“Bu, Azərbaycanın İsrailin hücumunda iştirak etməsi demək deyildi. Bu, sadəcə olaraq xatırladıcı idi ki, bütün dövlətlər beynəlxalq hüquqa görə üçüncü şəxslərin öz ərazisindən başqa dövlətə qarşı sui-istifadə etməsinin qarşısını almağa borcludurlar”.
“turaninsesi.az” xəbər verir ki, bunu armenpress-ə müsahibəsində İran Xİn-in sözçüsü İsmayıl Bəqai deyib.
O, Məsud Pezeşkianın Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti və İsrailin Azərbaycanın hava məkanından İran əleyhinə istifadə etməsinə dair sualı cavablandırıb:
“Bizim Azərbaycandan da, Ermənistandan da, hər hansı digər qonşu dövlətdən də eyni gözləntilərimiz var. Bu telefon zəngi konkret ittihamlar irəli sürmək məqsədi daşımayıb. Bu, prezidentlər arasında normal söhbət idi və bu söhbət zamanı bir sıra ikitərəfli və regional məsələlər müzakirə edildi. Söhbət zamanı prezident Pezeşkian, təbii ki, bu məsələni qaldırdı.
Ancaq yenə də deyirəm, bu, Azərbaycanın İsrailin hücumunda iştirak etməsi demək deyildi. Bu, sadəcə olaraq xatırladıcı idi ki, bütün dövlətlər beynəlxalq hüquqa görə üçüncü şəxslərin öz ərazisindən başqa dövlətə qarşı sui-istifadə etməsinin qarşısını almağa borcludurlar.
Bu, təkcə Azərbaycana aid deyil. Eyni narahatlığı digər qonşu dövlətlərə də bildirə bilərik, çünki bilirik ki, İsrail İrana qarşı əməliyyatlar üçün başqa ölkələrin ərazilərindən istifadə edib.
Deməli, bu konkret ittiham deyil, ümumi xatırlatma idi.
Həmin öyüd-nəsihət bütün qonşulara ünvanlanıb: ayıq olun, çünki biz beynəlxalq hüquqa və qanuna hörmət etməyən düşmənlə qarşılaşırıq. Bu, hamımızdan ayıq-sayıq olmağı və bu qüvvələrin münasibətlərimizə xələl gətirməsinə imkan verməməyi tələb edir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI