İrlandiya XİN Azərbaycana başsağlığı verdi
İrlandiya Xarici İşlər Nazirliyi dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində yazılıb.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi kədərləndirdi. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir”, – paylaşımda bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.