İranlı nazirdən Azərbaycanla bağlı təklif
Rusiya və İranın böyük elektrik şəbəkələri var və bu şəbəkələr birləşdirilərsə, regionda digər ölkələrin faydalana biləcəyi güclü elektrik enerjisi mənbəyi yarada bilər.
“turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi deyib.
O, Rusiyanın energetika naziri Sergey Sivilyov ilə görüşündə qeyd edib ki, Rusiya İranın əsas qonşularından biridir və digər qonşu ölkələr arasında xüsusi əhəmiyyət kəsb edir:
“Biz Azərbaycan ərazisindən istifadə edərək iki ölkə arasında əməkdaşlıq vasitəsilə bu elektrik əlaqəsini gücləndirmək üçün çoxdan təkliflər irəli sürmüşük”.
İranlı nazir qeyd edib ki, indiyədək İran və Rusiya arasında sabit elektrik əlaqəsi olmayıb:
“Rusiya və İranın böyük elektrik şəbəkələri var və bu şəbəkələr birləşdirilərsə, onlar regionda güclü elektrik enerjisi mənbəyi yarada biləcəklər ki, bundan başqa ölkələr də faydalana bilər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI