İranlı deputat: İran Suriyaya hərbi müdaxilə edəcək
“İslam Respublikası 10 il Suriyanın yanında olub və indi Suriya hökumətinin tələbinə cavab verib müdaxilə edəcək. Bu müdaxiləmiz terrorçuların mövcudluğunun qarşısını almaq və onlarla mübarizə aparmaqdır”.
“turaninsesi.az” ISNA-ya istinadla xəbər verib ki, bunu İran parlamentində İran-Suriya Dostluq Qrupunun sədr müavin, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Abbas Qolro bildirib.
Onun sözlərinə görə, Suriya münaqişəsinin nizamlanmasında Astana prosesi və 3 zamin ölkənin (İran, Türkiyə və Rusiya) iştirakı mühümdür.
O əlavə edib: “Siyasi danışıqlar BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsinin nəzarəti altında aparılırdı, lakin bu yaxınlarda terror qruplaşmasının dəstəyi ilə Suriyada vətəndaş müharibəsi yenidən aktivləşdi. Astana razılaşmasına əsasən, İdlib ətrafında qarant ölkələrin nəzarət-buraxılış məntəqələr mövcuddur. Bu müddəa pozulub.
Razılaşmanın pozulduğunu nəzərə alaraq, Suriya hökuməti, Rusiya və bütün müttəfiqləri İdlibi silahlı qruplardan təmizləməlidir. Çünki İdlib heç çoxmillətli terrorçuların toplaşdığı məkana çevrilib. Bu çoxmillətli terrorçular özbək, tatar, türk və başqa mənşəlidir və təəssüf ki, region ölkələrinin maddi-texniki təchizatı və dəstəyi ilə bu bölgədə peyda olublar”.
Qolro əlavə edib: “İslam Respublikası 10 il Suriyanın yanında olub və indi Suriya hökumətinin tələbinə cavab verib müdaxilə edəcək. Bu müdaxiləmiz terrorçuların mövcudluğunun qarşısını almaq və onlarla mübarizə aparmaqdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI