İranın Azərbaycandakı səfiri ilə bağlı müəmma
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə diplomatik mənbədə məlumat yayıb.
“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün diplomatın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbər yayılmışdı. İRNA Agentliyi diplomatın qalmaqallı müsahibədən sonra işdən çıxarıldığını iddia etmişdi.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI