İrandan Azərbaycana VACİB ÇAĞIRIŞ – “BİTİRİN!”

İran Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Tehran rəsmi şəkildə Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləyir və bu istiqamətdə danışıqların sürətləndirilməsinin tərəfdarıdır.
Nazirlik rəsmisi qeyd edib ki, İranın Cənubi Qafqazla bağlı mövqeyi dəyişməz olaraq qalır və iki əsas prinsipə – sülh və tranzit imkanlarının genişləndirilməsinə əsaslanır.
“Sülh sazişinin imzalanması bölgədə sabitlik və təhlükəsizlik üçün zəruridir. İran daim bu mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub”, – deyə Bəqai vurğulayıb.
O əlavə edib ki, Tehran regional nəqliyyat və tranzit marşrutlarının yaradılmasını və inkişafını dəstəkləyir.
Bəqai həmçinin bildirib ki, Cənubi Qafqazda baş verən son proseslər fonunda regiondankənar aktorların müdaxiləsinə dair yayılan məlumatlar narahatlıq doğurur: “İran belə müdaxilələri regionun təhlükəsizlik və inkişaf maraqlarına zidd hesab edir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI