İrandan ABŞ-a xəbərdarlıq: Müdaxilə olsa, zərbə endirəcəyik
İran ABŞ-dan Amerika bazalarına hücum təhlükəsi altında İsraillə münaqişəsinə müdaxilə etməməyi tələb edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, İran vasitəçilərə (ərəb ölkələri) açıq şəkildə bəyan edib ki, SEPAH-ın 7 əməkdaşının ölümü ilə nəticələnən İsrailin Dəməşqdəki konsulluğa hücumuna görə ABŞ məsuliyyət daşıyır.
Həmçinin qeyd edilir ki, ABŞ İsrailin əks-hücumlarına birbaşa qoşularsa, amerikan bazaları hücuma məruz qala bilər.