İran XİN: Zəngəzur dəhlizinə dair danışıqlar gedir
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
“turaninsesi.az” Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi siyasi deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir.
“İranın mövqeyi sabitdir. Nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.
Bəqai əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək:
“Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI