İran XİN: Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirik
İran Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani teleqramda bildirib.
“İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyır və hesab edir ki, onun problemləri dialoq yolu ilə həll edilməlidir”, – XİN sözçüsü qeyd edib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin ölkəsinin Qarabağ probleminin həlli üçün “üç üstəgəl üç” formatında görüş keçirməyə hazır olduğunu diqqətə çatdırıb.