İran rəsmisi Bakıya niyə gəlib? – İlham Əliyevlə danışıqlar gözlənilir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəlib.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Məlumatda bunun təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə əvvəlcədən planlaşdırılmış səfər olduğu bildirilir.

Bakı hava limanına Əli Əkbər Əhmədianı Azərbaycanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubov qarşılayıb.

İranlı rəsmi Bakı və İrəvanda vəzifədaşlarından başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.

Xatırladaq ki, yanvarın 7-də yerli televiziya kanllarına müsahibəsində İlham Əliyev rəsmi Tehranın ünvanına bir sıra ittihamlar səsləndirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI