İran rəsmiləri başsağlığı üçün Azərbaycan səfirliyinə gəldi
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edərək başsağlığı verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
İran rəsmiləri təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran höküməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI