İrəvanda sülh sazişinə dair 10-cu paket göndərildi – Ermənistan konstitusiyası dəyişəcək?
Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
“Turanın səsi ” xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
İyunun 7-də Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün kifayət qədər yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.
“Proses kifayət qədər dinamikdir, bəzən irəliləyiş var, bəzən isə yox. Biz işləyirik”, – Qriqoryan bildirib.
Xatırladaq ki, iyunun 4-də Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi məlum olub. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır. Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması “Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI