İrəvana gələn mesaj təşviş yaratdı – “Təhlükəni anlamağa başlayıblar”

0

Rusiyanın Ukrayna ilə müharibə fonunda hərbi itkilərini kompensasiya etməyə ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb.

Turanın səsi ” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın Rusiya və Qərblə münasibətlərindəki son duruma diqqət çəkib:

“Başda Baş nazir Nikol Paşinyan olmaqla, Ermənistan rəsmiləri Rusiya xarici işlər naziri Sergey Lavrova cavab verməyə tələsmirlər. Halbuki Lavrov bir neçə gün əvvəl Moskvada keçirdiyi geniş mətbuat konfransında Ermənistan hakimiyyətini yıxıb sürümüşdü. Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar, üstəgəl, İrəvanın “bəyənmədiyi” Rusiya bugünlərdə Ermənistana İran üzərindən özündə hücum xarakterli silahları da ehtiva edən hərbi texnika göndərib. Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda itirdiyi hərbi texnikalarnın yerini doldurmağa ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb.

Buna baxmayaraq, Qərbdəki dairələr Ermənistanı Rusiyadan uzaqlaşdırmağın yollarını axtarmaqdan imtina etməyiblər. Qərb Ermənistanı NATO üzvü edə bilməsə də, alyansın müxtəlif proqramlarına daxil etməyə çalışır. Ermənistan 1994-cü ildən Azərbaycan kimi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür. Əməkdaşlığın inkişafı bu proqram çərçivəsində də mümkündür.

Bu arada, ABŞ-nin Ermənistandakı səfiri Kristin Kvin iqamətgahında çalışdığı ölkənin müdafiə naziri Suren Papikyanı şam yeməyinə dəvət edib. Bəllidir ki, söhbətdə Ermənistanın ABŞ ilə hərbi əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Papikyan hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu İrəvanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominlə də müzakirə edib. Görüşlər çoxdur, ancaq Qərb ölkələri və NATO Ermənistana təhlükəsizlik təminatı verməkdə acizdir, sadəcə İrəvanın ünvanına “xoş sözlər”, “biz sizinləyik” kimi eptitetlər səsləndirməklə kifayətlənirlər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir