İrəvan və Bakıda sərhəd haqqında qərar qəbul edildi – RƏSMİ
Bu gün, oktyabrın 25-də, Ermənistan və Azərbaycan prezidentləri hər iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını tənzimləyən əsasnaməni ayrı-ayrılıqda imzalayıblar.
“turaninsesi.az” xəbər verir ki, sənəd Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi ilə bağlı əsas prinsipləri özündə əks etdirir.
Əsas mənbə kimi 1991-ci il Alma-Ata Bəyannaməsi göstərilsə də, xəritələrə dair dəqiq göstərişlər sənəddə yer almır.
Xatırladaq ki, Ermənistan müxalifəti bu qərarı ölkənin milli maraqlarına zidd hesab edərək, müzakirələrdə və səsvermədə iştirak etməyəcəyini bəyan etmişdi. Buna baxmayaraq, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi sərhəd demarkasiyası prosedurunu Konstitusiyaya uyğun olaraq təsdiqləmişdi.
Delimitasiya, dövlətlər arasında sərhəd xətlərinin müəyyən edilməsi prosesinin ilkin mərhələsidir. Demarkasiya isə, adətən, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya və yaşayış məntəqələrinin dəqiqliklə göstərildiyi mərhələ kimi həyata keçirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI