İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… – Erməni nazir
Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda vasitəçi ölkələr prosesə öz maraqları ilə yanaşır. Əgər fərqinə varmısınızsa, son dövrlərdə ümumilikdə bütün proses ikitərəfli formatda baş verir.
“turaninsesi.az” xəbər verir ki, bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan kommunikasiyaların açılması məsələsində Rusiyanın vasitəçiliyi olmadan ikitərəfli formatda müzakirələrin olub-olmaması sualını cavablayarkən bildirib.
Onun fikrincə, ikitərəfli formatda aparılan danışıqlar uğur qazanıb və bu formatda işləri davam etdirmək məqsədəuyğundur.
Nazir sərhədlərin delimitasiyası üzrə komissiya rəhbərlərinin, iki ölkə liderlərinin, xarici işlər nazirlərinin son dövrlərdə baş tutmuş ikitərəfli görüşlərini xatırladaraq, ikitərəfli formatın səmərəli olduğunu vurğulayıb:
“İkitərəfli format, məncə, effektiv olub və bu formatda işləməyə davam etmək lazımdır”.