İlham Əliyevlə müntəzəm təmasdayıq – Paşinyan

Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var.
“turaninsesi.az” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Xüsusilə avqustun 8-də sülhün bərqərar olmasından sonra bu təmaslar müntəzəm xarakter daşıyır. Hələlik hər hansı konkret bəyanat verilməyib, bu isə o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır”, – Paşinyan qeyd edib.
Arzu Paşaqızı