İlham Əliyev və Vladimir Putin arasında telefon söhbəti oldu – YENİLƏNDİ
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
“turaninsesi.az” xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 9-da Düşənbədə MDB sammitində baş tutan söhbətdən sonra ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib. Onlar ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, – məlumatda qeyd olunub.
Bundan başqa, regional əməkdaşlığın bir sıra aspektləri və beynəlxalq vəziyyət müzakirə edilib.
“Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, – mətbuat xidməti əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti də telefon söhbəti barədə məlumat yayıb.
Məlumatda deyilir:
“Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”.
Arzu Paşaqızı