İlham Əliyev Tokayevə dəstəyinə görə təşəkkür etdi
Prezident İlham Əliyev Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.
“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, – paylaşımda deyilir.
Arzu Paşaqızı