İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini ölkəyə rəsmi səfərə dəvət edib.
“turaninsesi.az “ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı gələn il Slovakiya Prezidentini Azərbaycanda qarşılamağa hazır olduqlarını vurğulayıb.