“İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır” – Saakaşvili

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlərin davranışının yeni prinsipinin yaradıcısıdır”.
“turaninsesi.az” xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz “Facebook” hesabında yazıb.
O, İlham Əliyevin hər şeyi öz adı ilə çağırdığını, başqalarının fikirləşdiyi, amma ucadan deməyə cəsarət etmədikləri məsələləri səsləndirdiyini vurğulayıb.