İlham Əliyev Ermənistanla sülhdən danışdı: “O realdır”
“Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır”.
“turaninsesi.az ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb:
“Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız üzərində nail olmadıq, o realdır. Bəzən sülh sadəcə kağız üzərində qalır. Lakin bizim vəziyyətimiz fərqlidir, fəal irəliləyiş var”.
Arzu Paşaqızı