İlham Əliyev Donald Trampa təşəkkür etdi
“Ümumilikdə, avqust ayında ABŞ-yə səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır”.
“turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.