İlham Əliyev Daşkənddə Zəngəzur dəhlizindən danışdı

Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

turaninsesi.az “-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

“Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək”, – deyə o bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək:

“Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir”.