İlham Əliyev və Mehriban Əliyeva Ankarada Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak edirlər

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.

turanın səsi ” xəbər verir ki , Ankaraya ezam olunan əməkdaşının xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Bundan başqa tədbirdə bir neçə ölkənin dövlət və hökumət başçıları da iştirak edir.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir