Hikmət Hacıyev İsrailə səfər etdi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Səfər çərçivəsində Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb, ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.