Gürcüstan Prezidenti ilk səfərini Azərbaycana edəcək – Tarix açıqlandı

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

turaninsesi.az” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI