Fransa XİN başçısı: “Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik”
“Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik”.
“Turanın səsi ” xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransanın başqa bir məqsədi yoxdur: “Biz həmişə Ermənistanla Azərbaycan arasında sülh üçün çalışmışıq. Fikrimcə, buna nail olacağıq”.