Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır?

0

Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edib.

 “Turanın səsi ” xəbər verir ki, “Haber Global” Fransadan Ermənistana silah tədarükünün Qara dəniz və ya İran vasitəsilə baş tutacağı ilə bağlı bilgilər əldə edib.

Telekanal bildirir ki, Fransa Ermənistanı silahlandırmaq üçün yenidən ortaya atılıb. Makronun bəyanatının ardınca fransalı nazir Lekornu erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik”. S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyası reallıqla birmənalı şəkildə razılaşmır. Rəsmi Parisin əməkdaşlıq və iqtisadi layihələr əvəzinə, bölgəni silahlandırmaq istəməsi onun gələcək məkrli niyyətlərindən xəbər verir.

Ermənistana silah tədarükü isə tamamilə yeni bir şey deyi. Bundan əvvəl 2023-cü ilin Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Tədarük Gürcüstanın Poti limanı vasitəsilə çatdırılıb.

“Haber Global”ın əldə etdiyi məlumata görə, budəfəki silah göndərişinin Qara dəniz vasitəsilə baş tutması mümkün deyil. Çünki Türkiyə hər vəchlə buna mane olaraq bölgədə sülhə qarşı yaradılan maneələrin qarşısını kəsmək iqtidarındadır. Digər tədarük variantı kimi İran göstərilsə də, Tehranın da bu məkrli plana qarşı çıxacağı bildirilir. İranın kəşfiyyat qurumları Fransanın Ermənistanda hərbi bazalar qurması ilə bağlı məlumatlar əldə etdiyindən Tehran hakimiyyəti öz sərhədlərində NATO mövcudluğuna qarşı çıxacaq.

Telekanal Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il noyabrın 23-də “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətindən sitat gətirir:

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”.

Bu səbəbdən regionda istənilən silahlı insident və ya münaqişənin məsulliyətini birbaşa Fransa daşıyır.

Bununla yanaşı, “Haber Global” televiziya kanalında Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri təhlil edilib. Verilişin qonağı olan ekspertlər N.Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşünü, həmçinin Fransada səfərdə olan Ermənistanın Baş naziri N. Paşinyanın növbəti dəfə anti-Azərbaycan bəyanatlarına münasibət bildiriblər. Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə Azərbaycana qarşı yenidən səsləndirdiyi əsassız iddialar və bunun sülh prosesinə növbəti zərbə kimi qiymətləndirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir