Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir

0

İqlim böhranı dünyanın bu günü və gələcəyinə birbaşa təsir edən ən mühüm problemlərdən biridir.

turaninsesi.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun Bakıda COP29 çərçivəsində təşkil edilən “Qlobal iqlim böhranı şəraitində strateji kommunikasiya” adlı dəyirmi masanın iştirakçılarına videomüraciətində deyib.

O vurğulayıb ki, iqlim vəziyyətini ağırlaşdıran ən kritik amillərdən biri istixana qazları emissiyasıdır.

“Türkiyə 2053-cü ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyir. Türkiyənin payına qlobal istixana qazı emissiyalarının yalnız 1 %-i düşsə də, dünya birliyinin məsul üzvü kimi biz Paris İqlim Sazişini imzaladıq”, – Altun söyləyib.

O bildirib ki, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Sıfır tullantı” (“Sıfır atık”) layihəsi ölkəsinin ən böyük ekoloji hərəkatına çevrilib və ölkənin ekoloji siyasətini beynəlxalq səviyyəyə çatdırıb.

“Sıfır tullantı” layihəsi qlobal əməkdaşlıq və həmrəylik yolu ilə real uğura nail olacaq. Ekoloji problemi davamlı inkişafdan ayrı nəzərdən keçirmək mümkün deyil. Bu günün ehtiyacları gələcək nəsillər üçün risk olmadan qarşılanmalıdır. Türkiyə bərpa olunan enerji mənbələrinə yatırılan sərmayələrin artırılması ilə ekoloji, iqtisadi və sosial sahələrdə balanslı artıma nail olmaq əzmindədir”, – o deyib.

Qeyd edək ki, Bakı İqlim Konfransının “yaşıl zona”sında Heydər Əliyev Fondu və Türkiyənin “Sıfır Atık Vakfı”nın birgə pavilyonu – COP29-da həmrəylik mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.

Bununla da Azərbaycan və Türkiyə fondları COP29 zamanı davamlılıq və sosial inkişaf naminə güclərini birləşdirəcəklər. Öz növbəsində, “Sıfır Atık” bu platformada resurs səmərəliliyi, tullantıların idarə edilməsi və təkrar emalı, ekoloji maarifləndirmə proqramları və innovativ həllər sahələrindəki layihələrini təqdim edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir