Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır

0

“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək”.

Turanın səsi ” in xəbərinə görə, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək: “Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.

Ankara zəlzələ ilə bağlı Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Biz mühüm proseslərdən keçirik”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir