Erməni gömrükçüləri azərbaycanlıları yoxlayacaq? -Nazir cavabdan yayındı

Xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində erməni gömrükçülərinin azərbaycanlı sərnişinləri yoxlayıb-yoxlamaması sualına birbaşa cavab verməkdən yayınıb.

turaninsesi.az” xəbər verir ki, o, dərc olunmuş sənədə istinad edərək, Paşinyanın açıqlamalarını təkrarlayıb.

“Biz Azərbaycanın infrastrukturuna çıxış əldə edəcəyik və təbii ki, Azərbaycan öz infrastrukturumuza, o cümlədən Ermənistan ərazisindən Naxçıvana qoşulmaq üçün maneəsiz çıxış əldə edəcək. Bu da beynəlxalq və ölkədaxili daşımalar baxımından Ermənistan üçün qarşılıqlı fayda verəcək.

Bu infrastrukturların açılmasından əvvəl demarkasiya aparılmalı, bir tərəfdə Ermənistan bayrağı, o biri tərəfdə Azərbaycan bayrağı asılmalı, hansısa sərhəd-keçid məntəqəsi tikilməli, sərhəd xidmətləri göstərilməlidir. Bu, iki ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində olacaq, biz yazılanları razılaşdırdıq”, – deyə Ararat Mirzoyan qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI