Ərdoğan Zəngəzur dəhlizi barədə açıqlama verdi
“Bakıdan Naxçıvana uzanan dəhliz (Zəngəzur) türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək”.
“turaninsesi.az “ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nəqliyyat və logistika strategiyaları da vizyonumuzun mühüm halqalarındandır. Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək”, – o bildirib.
Prezident Ərdoğan vurğulayıb ki, türk dünyası Balkandan Xəzərə qədər uzanan geniş coğrafiyada düşünən, istehsal edən və istiqamət verən bir bölgə olma potensialına malikdir:
“Türk dünyası olaraq bizi bir-birimizə bağlayan yalnız tarix kitablarında oxuduğumuz sətirlər deyil. Bizi bir arada saxlayan eyni səmanı seyr edən gözlərin, eyni küləyi hiss edən könüllərin qardaşlığıdır. Hər səfərimizdə, hər zirvə toplantımızda bunu çox aydın şəkildə görə bilirik: türk dünyası Balkandan Xəzərə, oradan Daşkənd və Bişkekə qədər uzanan geniş coğrafiyada düşünən, istehsal edən və istiqamət verən bir mərkəz olma potensialına malikdir. Bu potensialı hərəkətə keçirəcək iradə, əzm, vizyon və cəsarət də, Allaha şükürlər olsun ki, türk dünyasının liderləri və xalqlarında kifayət qədər var. İnşallah, biz də bunun üçün səmimiyyətlə çalışmağa davam edəcəyik”.
Arzu Paşaqızı