Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
“turaninsesi.az” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram”.
Arzu Paşaqızı