Əraqçi: Aramızda fikir ayrılıqları olsa da…
Azərbaycan və İran arasında birgə mənafelər çoxdur.
“turaninsesi.az ” xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün müzakirələr vacibdir:
“Bu gün danışıqlar münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edib. Bu gün Prezident İlham Əliyevlə də görüşüm oldu. Bu görüş çərçivəsində bütün önəmli mövzulara toxunuldu. Bizim birgə mənafelərimiz çoxdur. Düzdür, fikir ayrılıqları var, amma dialoq yolunu bütün münasibətlərdə öncəlik kimi tutmuşuq”.
Arzu Paşaqızı