Dünyadan Azərbaycana dəstək gəldi

Dünyanın bir sıra ölkələri İranın Naxçıvana dron hücumlarını pisləyib.

turaninsesi.az ” xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi İranın Azərbaycana qarşı pilotsuz təyyarələrinin hücumlarını qətiyyətlə pisləyib.

Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.

Həmçinin, Ukrayna səfirliyi də İranın Naxçıvana dron hücumlarını qınayıb.

Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.

 “Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, – bəyanatda bildirilib.

Eyni zamanda Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də İranın Azərbaycana pilotsuz uçuş aparatları ilə zərbələrini pisləyib.

“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, sözügedən zərbələrdən sonra Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.