“Dəhliz söhbəti artıq yoxdur, Tramp Marşrutu var”

“Dəhliz söhbəti artıq yoxdur. Tramp-Paşinyan-Əliyev sammitinin əsas mövzusu “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı yeni tranzit və inkişaf planı olacaq”.
“turaninsesi.az” xəbər verir ki, bunu sosial şəbəkə hesabında ABŞ-də yaşayan jurnalist Aleks Raufoğlu yazıb.
“Ermənistan və Azərbaycanı birləşdirməli olan Tramp Route infrastrukturunun inkişaf planı Ağ Evdəki Sülh Sammitində təqdim olunacaq.
Bu Cümə Tramp, Paşinyan və Əliyev arasında keçiriləcək görüşdən əvvəl mən bir neçə ABŞ rəsmisi ilə danışdım.
Cümə günü keçiriləcək sammit yekun sülh razılaşması deyil, davamlı sülhün əsasını qoyan mühüm bir addımdır. Liderlər bir sıra sənədlər imzalayacaqlar”, – deyə o qeyd edib.
A.PASA.q