Ceyhun Bayramovun sədrliyi ilə ECO-ASEAN-ın XİN başçılarının 15-ci Birgə İclası keçirilib
22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib.
Bu barədə “Turanın səsi ” nə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Ceyhun Bayramov İclasda açılış nitqi zamanı ECO-da bir neçə il öncə başladılmış islahatlar prosesinin üzv ölkələrin ehtiyaclarına və çağdaş tələblərə cavab verəcək şəkildə davam etdirilməsinin, habelə əlaqədar regional təşkilatlarla tərəfdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.
Nazir, həmçinin ölkəmizin ASEAN və üzv dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı tərəf kimi, 2008-ci və 2020-ci illərdə BMT Baş Assambleyasının müvafiq 63-cü və 75-ci sessiyaları zamanı qəbul edilmiş “BMT ilə ASEAN arasında əməkdaşlıq” adlı Qətnamənin həmmüəllifi olaraq çıxış etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ECO-ASEAN Xarici İşlər Nazirləri iclasının məhz Azərbaycanın ECO-da sədrliyi dövründə keçirilməsinin ölkəmizin adıçəkilən təşkilatlara verdiyi önəmin təzahürü olduğunu bildirib.
Azərbaycanın ECO-da 2023-cü il dönəm sədrliyinin “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusunda keçirilməsi geniş regional əlaqəlilik, iqtisadi transformasiya, yaşıl enerji və iqlim dəyişikliklərinə qarşı davamlılıq üzrə ümumi regional baxışı əks etdirdiyi, Azərbaycan və dənizə çıxışı olmayan digər üzv dövlətlər üçün regional əlaqəlilik mövzusunun xüsusi önəm kəsb etdiyi qeyd olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI