Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir C. Bayramov oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” formatında görüşdə iştirak və çıxış edəcək.
Səfər zamanı, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.