Ceyhun Bayramov Türkiyəyə getdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

turaninsesi.az ” xəbər verir ki, martın 7-də o, İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində XİN rəhbəri Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Arzu Paşaqızı