Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Bu barədə “Turanın səsi ” nə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.
Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI