Ceyhun Bayramov rumıniyalı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku regional məsələləri müzakirə edib.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı “X” hesabında yazıb.
“Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional məsələlər ətrafında hərtərəfli müzakirələr apardıq. Azərbaycan və Rumıniya çoxşaxəli əməkdaşlıqdan məmnundur və bunu genişləndirmək istəyirik”,- nazir bildirib.