Ceyhun Bayramov Hakan Fidanı təbrik edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması ilə bağlı təbrik edib.
“turanın səsi ” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.
“Qardaş Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi-qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan-Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”, – o qeyd edib.