Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir – YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “İnsan hüquqları sahəsində yeni və yaranan çağırışlarla qarşı qarşıya – gələcək artıq buradadır” adlı dəyirmi masada iştirak edib.
Bu barədə “turanın səsi ” nə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.
16.05.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.
“Turanın səsi ” xəbər verir ki, Ceyhun Bayramovun Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI