Ceyhun Bayramov Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə etdi

Maltada səfərdə olan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş baş tutub.

turaninsesi.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI