Ceyhun Bayramov ABŞ-də Hakan Fidanla görüşdü
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar.
“Turanın səsi ” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində keçirilib.
Məlumata görə, danışıqlar zamanı bir sıra məsələlər, o cümlədən Qarabağdakı vəziyyət müzakirə olunub.