Caparidze: “Heydər Əliyev və Eduard Şevardnadze əsl liderlər idilər”
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze əsl liderlər idilər”.
“turanın səsi ” xəbər verir ki, bunu Gürcüstanın Diplomatiya və Xarici Siyasət Araşdırmaları Mərkəzinin prezidenti Tedo Caparidze Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hər iki liderin regional təhlükəsizliyin təmin edilməsi və inkişafı ilə bağlı unikal baxışı var idi.
“Regionda enerji layihələrinin uğuru birbaşa Gürcüstan və Azərbaycanda təhlükəsizlik və sabitlikdən asılı idi. Bu olmadan regionda ən mühüm layihələrin həyata keçirilməsi qeyri-mümkün idi”, – o vurğulayıb.